Türkiyə nəhənglərinin istədiyi futbolçu İngiltərəni seçdi

“Fənərbağça” və “Beşiktaş”ın Braziliyanın “Fluminense” klubundan transfer etmək istədiyi futbolçu - Nino ingilətərənin “Nottingem Forest” klubu ilə danışıqlara başlayıb.

Sportline.az Aspor.com-a istinadla xəbər verir ki, 26 yaşlı müdafiəçi İngilətərə klubu ilə şəxsi razılıq əldə edib.

“Fluminense” rəhbərliyi Ninonun keçidində problem yaranmayacağını bildirib.

 “Nottingem Forest” futbolçu ilə 2+1 illik müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, “Fənərbağça” və “Beşiktaş” bu futbolçu üçün 15 milyon avro təklif etsə də “Fluminense” rəhbərliyi keçidə icazə verməmişdi.