Türkiyə Peşəkar Futbol İntizam Komitəsi 5 klubu və 2 futbolçunu cəzalandırdı
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi rəqib komandanın oyunçsuna qarşı etik olmayan hərəkətlər edən futbolçuları ağır cəzalandırıb.
Sportline.az Spor.com-a istinadla xəbər verir ki, "Ankaragücü"nün futbolçusu Efkan Bekiroğlu 2, "Alanyaspor"un oyunçusu Leroy Fer isə 1 oyunluq cəzalandırılıb.
Peşəkar Futbol İntizam Komitəsi "Ankaragücü"312 , "Samsunspor" 297, "Çaykur Rizespor" 240, "Qaziantepspor" isə 119 min türk lirəsi dəyərində cərimələyib.
Qeyd edək ki, İntizam Komitəsi online bileti olan "Beşiktaş" , "Qalatasaray" , "Fənərbağça" , "Trabzonspor" və "Samsunspor" azarkeşlərinin növbəti oyuna buraxılmayacağını bildirib.