Türkiyə Super Kuboku görüşünün vaxtı dəyişib

Türkiyə Super Kuboku oyununun vaxtı dəyişib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, aprel ayının 7-də "Qalatasray" "Fənərbağça" arasında keçiriləcək final matçının saatında dəyişiklik olunub. 

TFF rəsmiləri saat 21:00-da oynanılması gözlənilən görüşün saatın 21:30-a dəyişdirildiyini bildiriblər.

Qeyd edək ki, final matçı aprelin 7-də Şanlıurfada keçiriləcək.