Türkiyə Super liqasının oyunları müddətsiz olaraq təxirə salınıb

Ötən gecə "Ankaragücü" "Rizespor" görüşündə baş verən hadisələr Super liqanın təxirə salınmasına səbəb olub.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) "Ankaragücü"nün prezidenti Faruk Kocayla bağlı iclas keçirməyə qərar verib. Bu müddət ərzində Türkiyə Super liqasında oyunların keçirilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Faruk Kocanın futboldan uzaqlaşdırılacağı gözlənilir.