Türkiyədəki "Formula 1" yarışı ləğv edildi
"Formula 1" üzrə Türkiyə Qran-prisi ləğv olunub.
Sportline.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Qran-pri koronavirusa görə səyahət məhdudiyyətləri səbəbindən baş tutmayacaq.
Əvəzində 18 - 20 iyunda Fransada, 25 - 27 iyun və 2 - 4 iyulda Avstriyada yarışların keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. Türkiyədəki turnir 11 - 13 iyunda planlaşdırılıb.