Türkiyəli futbolçunun evi qarət olunub
"Lil"in türkiyəli futbolçusu Yusuf Yazıcının evi "Klaksvik"lə matç zamanı qarət olunub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 26 yarımmüdafiəçi matç başa çatdıqdan sonra evə gələrək əşyalarından bəzilərinin olmadığını anlayaraq polisə zəng edib.
Fransa polisinin mediaya verdiyi məlumatda Yusuf Yazıcıya məxsus bahalı saatlar, paltarlar və dəri əşyalarını oğurlandığını bildirib.
Qeyd edək ki, Yusuf Yazıcının evi daha əvvəl də qarət olunmuşdu.