Türkiyəli hakim Konfrans Liqasının oyununa təyinat alıb
FİFA referisi Arda Kardeşler UEFA-dan növbəti təyinat alıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Kardeşler UEFA Konfrans Liqasının pley-off mərhələsində "Krivbas" (Ukrayna) - "Real Betis" (İspaniya) oyununu idarə edəcək.
Ona Mehmet Tuğral və Deniz Özaral kömək edəcəklər. Dördüncü hakim Zorbay Küçük olacaq.
Qeyd edək ki, Slovakiyanın Kösice şəhərində keçiriləcək görüş avqustun 22-də baş tutacaq.