Türkiyəli hakimlər Avrokubok oyunlarına təyinat alıblar
UEFA rəsmiləri türkiyəli hakimləri Avrokubok oyunlarına baş hakim təyin ediblər.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Atilla Karaoğlan Avropa liqasının "Vilyareal" "Renn" görüşünü idarə edəcək.
Arda Kardeşlər isə Konfrans liqasının "Bratislava" "Lubliyana" matçının start fitini səsləndirəcək.
Qeyd edək ki, UEFA bu qərarı ötən gecə "Ankaragücü" "Rizespor" görüşündə baş hakim Umut Melerin döyülməsindən sonra verib.