Tuxel: "Keyn dünya səviyyəli oyunçudur"
Harri Keyn "Bavariya"ya keçdikdən tərif yağışına tutulur.
Sportline.az xəbər verir ki, bu dəfə klubun baş məşqçisi Tomas Tuxel Keyni "dünya səviyyəli oyunçu" adlandırıb.
Tuxel UEFA-nın rəsmi saytına açıqlamasında bildirib: “O, tamamilə dünya səviyyəli oyunçudur. Onun istedadı, bacarığı, aurası, şəxsiyyəti, təvazökarlığı, sevgisi və oyuna bağlılığı var. Biz İngiltərə millisinin kapitanını vətənini tərk etməyə inandırdıq və düşünürəm ki, bununla fəxr edə bilərik. Bu, əla qərardır”.
Qeyd edək ki, Keynin "Tottenhem"dən Münhen klubuna keçidi 100 milyon avroya başa gəlib.