UEFA Avropa Çempionatı üçün VAR sistemi ilə bağlı yeni qərar qəbul edib

UEFA Almaniyada keçiriləcək 2024-cü il Avropa Çempionatı öncəsi Video köməkçi hakim (VAR) ilə bağlı yeni qərarını açıqlayıb.

Sportline.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, UEFA Hakimlər Komitəsinin prezidenti Roberto Rosetti mətbuat konfransında VAR-da yoxlanılan epizodlar üçün verilən qərarların artıq ətraflı şəkildə ekranlarda əks olunacağını açıqlayıb.

 

Bundan əlavə, kritik epizodlarda verilən VAR qərarlarından sonra matçın hakimləri komanda kapitanlarını çağıraraq onlara ətraflı izahat verəcək.

Qeyd edək ki, 2024-cü il Avropa Çempionatı iyunun 14-də keçiriləcək Almaniya-Şotlandiya matçı ilə start götürəcək.