Uefa Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi başa çatıb
Uefa Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. 1-ci dərəcəli klub turnirində ötən gün daha 6 komanda növbəti mərhələyə yüksəlib.
Sportline.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin revanşında 6 görüş olub. Nəticələrə əsasən "Slovan Bratislava", "Klaksvik", "Petrokub", "Ludoqorets", RFS və "Borac Banja Luka" növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Turnirdə "Santa Koloma", "Panevezys", "Linkoln", "Dinamo Minsk", "Çelye", FCSB, TNS və "Şamrok Rovers" də 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, ötən gün keçirilən oyunlarda bu hesablar qeydə alınıb:
"Ştruqa" - "Slovan Bratislava": 1-2, 2,4
"Differdanj" - "Klaksvik": 0-0, 0-2
"Petrokub" - "Ordabasi": 1-0, 0-0
"Dinamo" Batumi - "Ludoqorets": 1-0, 1-3
"Larn - RFS: 0-4, 0-3
"Egnatia" - "Borac Banja Luka" : 2-1, 0-1 (1-4 penaltilər seriyası)