UEFA-dan yeni qərar
2024-cü il Avropa çempionatı üçün milli komandaların müraciətləri 23 oyunçuya enəcək.
Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, bundan əvvəl Avro-2020 və qışda Qətərdə keçirilən DÇ-2022 zamanı koronavirus pandemiyası ilə əlaqədar milli komandaların müraciətləri 26 futbolçuya çatdırılmışdı. Amma Avro-2024-də say 23 oyunçuya endiriləcək. Bu, UEFA-nın turnirin reqlamentində nəzərdə tutulub.
2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.