UEFA həyəcanlı xəbəri təkzib etdi

UEFA Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) yarışların bərpa vaxtına dair tövsiyə aldıqlarına dair xəbərlərə münasibət bildirib.  Sportline.az xəbər verir ki, qurumunun nümayəndəsi "The İndependent" nəşrinə açıqlamasında yayılan xəbərləri təkzib edib.

Məlumata görə, adı çəkilməyən şəxs ÜST-dən 2021-ci ilin sonunadək beynəlxalq turnirlərin ləğv olunması barədə tövsiyə almadıqlarını vurğulayıb. O,hazırda mövsümün yenidən bərpası üçün danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, "Veja" nəşri ÜST-ün UEFA-ya 2021-ci ilin sonunadək beynəlxalq turnirləri ləğv etməyi tövsiyə etdiyini yazıb.