UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin ilk oyunları keçirilib
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Sportline.az xəbər verir ki, “Çelsi” səfərdə “Legiya”nın, “Fiorentina” isə “Sele”nin qonağı olub.
“Rapid” İsveçdə “Yuroqrden"lə qarşılaşıb. “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını qəbul edib.
UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
“Legiya” (Polşa) - “Çelsi” (İngiltərə) 0:3
“Betis” (İspaniya) - “Yagelloniya” (Polşa) 2:0
“Sele” (Sloveniya) - “Fiorentina” (İtaliya) 1:2
“Yurqorden” (İsveç) - “Rapid” (Avstriya) 0:1
Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.