UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər
Azərbaycan klubları “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab matçlarını keçirəcəklər.
Sportline.az xəbər verir ki, “Zirə” səfərdə “Hayduk”un qonağı olacaq.
Görüş Split şəhərindəki “Polyud” stadionunda baş tutacaq. Komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələnib.
“Hayduk” - “Zirə” cütünün qalibi “Atletik” (Andorra) - “Dinamo Siti” (Albaniya) matçında üstün olan tərəflə üz-üzə gələcək.
“Sabah” Bakıda “Petrokub”la üz-üzə gələcək. Vadas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə Moldova təmsilçisini 2:1 hesabı ilə üstələyib.
Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” isə səfərdə Yunanıstan təmsilçisi “Aris”lə görüşəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinib.
Bu cütün qalibi III təsnifat mərhələsində “Omoniya” (Kipr) - “Torpedo” (Gürcüstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
31 iyul
20:00. “Sabah” (Azərbaycan) - "Petrokub" (Moldova)
İlk oyun - 2:1
Baş hakim: Danilo Nikoliç (Serbiya).
Masazır, “Bank Respublika Arena”
22:15. “Aris” (Yunanıstan) - “Araz-Naxçıvan” (Azərbaycan)
İlk oyun - 1:2
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Saloniki, “Kleantis Vikelidis” stadionu
23:00. "Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan)
İlk oyun - 1:1
Baş hakim: Luka Payretto (İtaliya).
Split, “Polyud” stadionu