UEFA Konfrans Liqası: Pley-off mərhələsinin ilk oyunları keçirilib
UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin ilk oyunları keçirilib.
Sportline.az xəbər verir ki, "Betis" səfərdə "Gent"ə böyük hesabla uduzub.
Digər maraqlı görüş Danimarkada baş tutub. "Kopenhagen" doğma meydanda Almaniyanın “Haydenhaym” komandasına məğlub olub.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
TSK (Serbiya) - “Yagelloniya” (Polşa) 1:3
“Sele” (Sloveniya) - APOEL (Kipr) 2:2
“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan) 2:1
“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya) 0:1
“Gent” (Belçika) - “Betis” (İspaniya) 3:0
“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya) 1:0
“Omoniya” (Kipr) - “Pafos” (Kipr) 1:1
“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya) 1:2
Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.