Uefa Konfrans Liqası: "Sabah" "Makkabi" ilə ilk görüşdə sərfəli nəticə qazanıb

Bu gün “Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Sportine.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv səfərdə “Makkabi”nin (Hayfa) qonağı olub.

Matç təmsilçimizin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşma İsraildə deyil, Macarıstanda keçirilib. Komandaların cavab oyunu avqustun 1-də baş tutacaq.

21:15 “Makkabi” (Hayfa, İsrail) – “Sabah”  (Azərbaycan) 0-3.

QOL:Pavol Safranko 62', Sekidika 78', Xəyal Əliyev 88'.

Kişvarda (Macarıstan), Varkert Stadionu. 
Baş hakim: Natan Verbumen (Belçika)