Uefa Konfrans Liqası: "Sumqayıt" "Fehervar"a məğlub oldu

Bu gün “Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirib.

Sportline.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Macarıstanın “Fehervar” klubunu qəbul edib.Görüş 2-1 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb.

Komandaların cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

20:00 “Sumqayıt” (Azərbaycan) – “Fehervar” (Macarıstan) 1-2

QOL: Səbuhi Abdullazadə 20'// Kristensen 39', Spandler 52'.

Sumqayıt, Mehdi Hüseynzadə stadionu.

Baş hakim: Flerian Lyata (Albaniya)