Uefa Konfrans Liqası: "Zirə" "DAK 1904" üzərində böyük hesablı qələbə qazandı

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv öz meydanında Slovakiyanın “DAK 1904” komandası ilə qarşılaşıb. Görüş təmsilçimizin 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında cavab oyunu isə avqustun 1-də Slovakiyada baş tutacaq.

20:30 “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) 4-0

QOL: Rafael Utziq 29', Martins Junior 31', David Volkov 51',53'.

Bakı, “Dalğa Arena” stadionu
Baş hakim: İv Torres (Lüksemburq).