UEFA Konfrans Liqası: "Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Zirə” və “Omoniya” (Kipr) klubları arasında keçiriləcək cavab qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.

Sportline.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun 2, 5, 10 və 20 manat təşkil edəcək.

Azarkeşlər biletləri Zirə İdman Kompleksinin və matçın keçiriləcəyi “Dalğa Arena”nın kassalarından ala bilərlər.

Qeyd edək ki, "Zirə" - "Omoniya" görüşünün start fiti avqustun 29-da, saat 20:00-da səsləndiriləcək.