UEFA Konfrans liqasında həftənin ən yaxşı futbolçusu seçilib
UEFA Konfrans liqasında qrupu 1-ci sırada bitirən "Fənərbağça"nın ulduz futbolçusu Edin Dzeko həftənin ən yaxşı futbolçuları siyahısına daxil edilib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, siyahıda Edin Dzeko ilə birliktə "Legiya Varşava"dan Cosui, "Makkabi Tel Aviv"dən Zahavi, "Genk"dən isə Heynin də adı var.
Qeyd edək ki, Edin Dzeko Konfrans liqasında "Fənərbağça" formas ilə çıxdığı 6 oyunda 4 qol, 3 asistlə yadda qalıb.