UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşir

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Fiorentina" "Brügge"nin qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. İlk görüşdə italiyalılar 3-2 hesabı ilə qələbə çalıblar.

Bu mərhələnin digər cavab görüşü mayın 9-da olacaq.

"Olimpiakos" Pireydə "Aston Villa"nı qəbul edəcək.

Yunanıstan təmsilçisi səfərdə 4:2 hesabı ilə qələbə qazanmışdı.