UEFA "Neftçi" – "Beşiktaş" matçı ilə bağlı qərar verdi

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Beşiktaş"la oyununun yeri dəyişdirilib.

Sportline.az xəbər verir ki, ilk oyun Bakıda keçiriləcək.

Buna səbəb 10 avqust tarixində İstanbulda "Fənərbağça"nın da oyununun olmasıdır.

Beləliklə, "Neftçi" avqustun 10-da "Beşiktaş"ı qəbul edəcək.

Oyun saat 21:00-da başlanacaq. Avqustun 17-də İstanbulda keçiriləcək görüşün start fiti isə Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.