UEFA "Roma" və Jose Mourinyonu 40 milyon avro cərimələyib
İtaliyanın "Roma" klubu və baş məşqçisi Joze Mourinyo "Sasuolo" ilə görüş öncəsində hakimləri tənqid etdiyi üçün cərimələnib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis oyun öncəsi mətbuat konfransında hakimləri sərt tənqid edib. Joze Mourinyo açıqlamasında "hakimlərdə emosianal sabitlik çatışmır",-deyib.
UEFA isə bu ifadəni tənqid kimi dəyərləndirib, klub və baş məşqçini cəzalandırıb.
Qeyd edək ki, "Sasuolo" - "Roma" görüşü italiyalıların 2-1 hesablı qələbəsi ilə başa çatıb.