Ueyn Runi İngiltərənin AVRO 2024-də şanslarını dəyərləndirib
İngiltərə millisinin sabiq üzvü və "Plimut" komandasının baş məşqçisi Ueyn Runi ölkəsinin Avropa Çempionatında şanslarını dəyərləndirib.
Sportline.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı Channel 4 kanalına veridiyi müsahibədə bu fikirləri səsləndirib.
"İngiltərə Avropa Çempionatının qalibi ola bilərmi?" sualına mütəxəssis "Şübhəsiz.Daha əvvəl də dediyim kimi, bu ,çox həyəcanverici komandadır. Təbii ki, millinin keyfiyyətli oyunçuları və lazımi gücü var. Məni narahat edən yeganə şey müdafiə xəttidir. Ümid edirəm o daha da güclənər. Bununla belə, inanıram ki, bizim digər komandalarla oynamaq üçün kifayət qədər imkanlarımız var” deyə cavab verib.
Qeyd edək ki, İngiltərə millisi turnirdə Serbiya, Sloveniya və Danimarka ilə birgə C qrupunda mübarizə aparacaq.