“Uilyams” Latifini saxlayacaq

“Uilyams”dan söz düşmüşkən, komandanın pilotu Nikolas Latifi növbəti mövsümdə öz mövqeyini qoruyacaq.

Sportline.az Corc Rasselin “Mersedes”ə mümkün keçidini nəzərə alsaq, komandanın rəhbərliyi daha bir perspektivli sürücüsünü əldən buraxmaq istəmir.

Belə olan halda, “Uilyams” eyni vaxtda iki pilotdan məhrum ola bilər ki, bu da rəhbərliyə sərf etmir. Nəzərə alaq ki, Latifinin “Uilyams”da böyük hörməti var.