Ulduz futbolçu əməliyyat olunacaq

"Tottenhem"in ulduz futbolçusu Rişarlison əməliyyata hazırlaşır.

Sportline.az xəbər verir ki, Braziliya millisinin hücumçusu bu barədə ESPN-ə danışıb.

“Son bir neçə ay mənim üçün çətin oldu. Səhhətimdə problemlər var. Artıq həkimlərlə danışmışam və bu yaxınlarda məndə cərrahiyyə əməliyyatı olacaq. Səkkiz ay əziyyət çəkdim, mübarizə apardım, komandaya, kluba baxdım və özümü unutdum. Düşünürəm ki, dincəlmək, fasilə vermək vaxtıdır. Mənim üçün ən yaxşısını edəcəm" - deyə Rişarlison bildirib.