Ulduz futbolçudan nümunəvi hərəkət

Premyer Liqa çempionatının 10-cu turunda "Nottingem Forrest"ə vurduğu qolu qeyd edən "Liverpul"un hücumçusu Dieqo Jota üzərində Luis Diazın adı olan formanı nümayiş etdirib.

Sportline.az xəbər verir ki, Jota bu hərəkəti ilə çətin ailə vəziyyətində olan komanda yoldaşına dəstək olmaq istəyib.

Bundan əvvəl 26 yaşlı kolumbiyalı forvardın valideynlərinin qaçırıldığı bildirilirdi.