Ulduz futbolçunun anası xilas edildi, atası isə...
"Liverpul"un ulduzu Luis Diazın valideynləri Kolumbiyanın şimalında oğurlanıb.
Sportline.az ölkə prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, futbolçunun anası demək olar ki, dərhal xilas edilib. Amma atasının axtarışları davam edir. Yerli polisin məlumatına görə, o, motosikletlə oğurlanıb.
Diazın ata və anasının futbol matçına baxarkən məcburi şəkildə aparıldığı bildirilir.