"Uşaqlar komandanı ruhdan saldılar"
Çexiyalı futbolçu Tomaş Çijek Çexiya millisinin üç futbolçusunun cəzalandırılmasından danışıb.
Sportline.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Tomaş futbolçuların intizamsızlığına görə onları tənqid edib.
“Bu, komanda üçün xoşagəlməz hadisədir. Uşaqlar komandanı ruhdan saldılar. Bizi Moldova ilə çox çətin oyun gözləyir. Rəhbərlik futbolçuları cəzalandırmaqla düzgün addım atdı? Görəcəyik. Bu, oyundan sonra müzakirə oluna bilər” - deyə Çijek bildirib.
Qeyd edək ki, Çexiya millisi Yan Kuçta, Yan Zufal və Yakub Brabekin millidən kənarlaşdırıldığını açıqlayıb. Çexiya mediası buna səbəb kimi futbolçuların intizamsızlığını göstərib.