Uzun fasilədən sonra yenidən millidə
Uruqvay futbolunun ən parlaq ulduzlarından sayılan Luis Suares yenidən milli komandanın formasını geyinəcək.
Sportline.az xəbər verir ki, məşqçilər korpusu uzun fasilədən sonra təcrübəli forvardın xidmətinə ehtiyac duyub.
"Barselona" və "Atletiko"nun sabiq hücumçusu Argentina və Boliviya ilə oyunlarda millinin düşərgəsində olacaq.
O, sonuncu dəfə 2022-ci il denya çempionatında millinin şərəfini qorumuşdu.
Hazırda "Qremio"da çıxış edən Suares Braziliya A Seriyasında meydana çıxdığı 29 oyunda 14 qol və 10 asist müəllifidir.