"Valensiya" heyətini belçikalı futbolçu ilə gücləndirmək istəyir

La Liqa klublarında "Valensiya" "Klermon"da çıxış edən Maksimiliano Kofrieni heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Ektor Qomes məlumat yayıb.

27 yaşlı futbolçu 2021-2022 mövsümündə "Spartak"da çıxış edib. 1 il sonra Korfie Fransa klubunun yolunu tutub.

Qeyd edək ki, ötəm mövsüm Liqa 1-də 20 oyuna çıxan futbolçu bu görüşlərdə 1 asistlə yadda qalıb.