"Valensiya"nın futbolçusu rəsmən "Barselona"da

"Barselona" qış transfer pəncərəsi ərəfəsində heyətini gücləndirib. SportLine.az xəbər verir ki, Kataloniya təmsilçisi "Valensiya"nın futbolçusu Ceyson Murilyonu transfer edib. 

26 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında "Barselona"da çıxış edəcək. İcarə müddəti bitdikdən sonra kataloniyalılar 25 milyon avro ödəməklə futbolçuya sahib ola bilərlər.

Qeyd edək ki, komandanın müdafiəçilər Tomas Fermalen və Samuel Umtiti zədəli olduğuna görə, məşqçi heyəti boşluğu doldurmaq üçün C.Murilyonu transfer edib.