"Valensiya"nın futbolçusu uzun müddət yaşıl meydanlardan kənar qalacaq

"Valensiya"nın futbolçusu uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Sportline.az xəbər verir ki, İspaniya klubunun 27 yaşlı müdfiəçisi Muxtar Diakabi "Real Madrid" görüşündə zədələndiyi üçün oyunu tərk etmişdi.

Komandanın həkimləri gineli futbolçunun dizinin çıxdığını və minimum 5  həftə komandaya kömək edə bilməyəcəyini deyiblər.

Qeyd edək ki, "Valensiya" "Real Madrid" görüşü 2-2 hesablı he-heçə ilə başa çatmışdı.