Valtteri Bottas “Red Bull”la danışıqlar aparır

“Mersedes” pilotu Valtteri Bottas növbəti mövsümdən “Red Bull”da çıxış edə bilər.

Sportline.az xəbər verir ki, finlandiyalı pilot hazırda Avstriya komandası ilə danışıq aparır.

Xatırladaq ki, Bottasın “Mersedes”lə müqaviləsi mövsümün sonunda başa çatır. Yayılan məlumatlara görə, “Mersedes” “Uilyams”da çıxış edən Corc Rassellin xidmətində maraqlıdır.

Bununla yanaşı Valtterinin “Alfa Romeo”da Kimi Raykkoneni əvəz edə biləcəyi və ya “Uilyams”a keçə biləcəyi haqda şayiələr dolaşır.