VAR hakimləri "Real"ın məğlubiyyətinə seviniblər?
İspaniya La Liqasının son turunda keçirilən "Real" - "Real Sosyedad" matçında (0:2) yaşananlarla bağlı müzakirələr davam edir. SportLine.az xəbər verir ki, matçın baş hakimi Xose Luis Montero ilə bağlı tənqidi fikirlər səslənir.
Ötən gün isə "kral klubu"nun televiziyası hakimin başqa bir videosunu təqdim edib. Bu videonun La Liqanın 12-ci turu çərçivəsində keçirilən "Eybar" - "Real" matçına aid olduğu bildirilib.
Videodakı VAR hakimlərindən birinin Xose Luis Montero olduğu qeyd edilib və onun "Eybar"ın qoluna sevindiyi yazılıb. Xatırladaq ki, həmin matç "Eybar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Madrid klubu hakimin "Real Sosyedad"la görüşdə "Real"a qarşı qərəzli mövqe tutduğunu və iki dəfə rəqib qapısına penalti təyin etməli olduğu halda, fərqli qərar qəbul etdiyini bəyan edib.
Klub videogörüntülərlə bağlı La Liqadan rəsmi açıqlama tələb edib.