Varan zədələnmiş ayağının şəklini paylaşdı

"Real"ın müdafiəçisi Rafael Varan İspaniya Kubokunun yarımfinal mərhələsində "Barselona"ya qarşı görüşdə ayağından zədə alıb. SportLine.az xəbər verir ki, futbolçu oyundan sonra zədələnmiş ayağının şəklini sosial şəbəkə hesabında paylaşıb. 

Qeyd edək ki, futbolçu "Real"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşan görüşdə avtoqol müəllifi olub.