Vedat Muriki əməliyyat oluna bilər
AVRO-2024-ün seçmə mərhələsində Kosovo İsraili məğlub edib: 1-0.
Sportline.az Kosovo mətbuatına istinadla xəbər verir ki, meydan sahiblərinin ulduz futbolçusu Vedat Muriqi zədələnib.
İkinci hissədə əvəzlənən futbolçu oyundan sonra tibbi müayinədən keçib. Onun çiynində zədə olduğu müəyyənləşib.
Millinin tibbi heyətinin fikrincə Vedat azı 1 həftə oynamayacaq.