Vengerin favoritləri
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger DÇ-2022-dəki favoritləri haqda danışıb.
Sportline.az "Mundo Deportivo"ya istindən xəbər verir ki, 73 yaşlı mütəxəssis İngiltərə, Fransa və Mərakeş millilərini fərqləndirib:
“Daha yaxşı cinah oyunçuları olan komandaların dünya kubokunu qazanması ehtimalı daha yüksəkdir. Dayaq müdafiəçiləri də burada əsas rol oynayırlar. Belə komandalar sırasında Fransa və İngiltərə də var. Onlar sona qədər təhlükəli olacaqlar.
Mərakeşin oyunu mənim üçün gözlənilməz oldu. Onların turnirin 1/8 finalında İspaniya ilə qarşılaşmasını səbrsizliklə gözləyirəm. Ümid edirəm ki, Afrika komandaları gələcəkdə dünya çempionatında daha çox təmsil olunacaqlar”.
Qeyd edək ki, Qətərdə təşkil olunan DÇ-2022 noyabrın 20-də start götürüb və dekabrın 18-dək davam edəcək.