"Vest Hem Yunayted"in yeni hədəfi

"Vest Hem Yunayted" "Lill"in kanadalı futbolçusu Conatan Deyvidi azad agent kimi heyətinə qatmaq istəyir.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London klubu Deyvidin meneceri ilə danışıqlara başlayıb.

25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 44 matçda 23 qol və 10 asistlə yadda qalıb.

Qeyd edək ki, Deyvid "Lill"lə yeni müqavilə imzalamaq niyyətində deyil. Oyunçu mövsümün sonunda klubdan ayrılmaq istəyir.