VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün 3 növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 3 növdə çıxış edəcəklər.

Təmsilçilərimiz stolüstü tennis, voleybol və muaytayda mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.