Vinisius Junior: "Bu, xoşbəxtlikdir"
Braziliya millisinin hücumçusu Vinisius Junior Kolumbiya seçməsi üzərindəki qələbəni şərh edib.
Sportline.az xəbər verir ki, "Real"ın forvardı son dəqiqələrdə vurduğu qolun ona böyük xoşbəxtlik hissi yaşatdığını bildirib.
"Bu qələbə çox vacib idi. Biz buna layiq idik. Bu qolu vurmağa çox çalışırdım, sonda istəyimə nail oldum. Bu, sadəcə xoşbəxtlikdir", - deyə Junior ESPN-ə açıqlamasında düşüncələrini bölüşüb
Qeyd edək ki, Braziliya millisi bu gecə DÇ:2026-nın təsnifat matçında Vinisiusun 90+9-cu dəqiqəsində vurduğu qolla Kolumbiya seçməsinə qalib gəlib.