Vinisius Junior Ərəbistana yollanmaq istəyir

"Real"ın ulduzu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir.

Sportline.az xəbər verir ki, bu iddia ilə jurnalist Romen Molina çıxış edib.

O, sosial şəbəkə hesabında yaydığı məlumatda, Juniorun sözügedən ölkənin klublarından olduqca yüksək məbləğdə təklif alıdığını bildirib.

Jurnalistin sözlərinə görə, braziliyalı forvard bu təklifi qəbul edəcəyi təqdirdə dünyanın ən bahalı futbolçusu ola bilər. 

Təklifin hansı klublar tərəfindən gəldiyi hələ ki, açıqlanmır. 

Qeyd edək ki, Juniorun "Real"la 2027-ci ilin yayınadək müqaviləsi var.