"Barselona"lı Vinisiusa "təlxək" deyildiyi üçün üzr istədi

"Barselona"da daha bir qalmaqal yaşanıb.

Sportline.az xəbər verir ki, bir neçə gün öncə Kataloniya klubunun idarə heyətinin üzvü Mikel Kamps Vinisiusu "təlxək" adlandırmışdı.

İspaniya mətbuatında danışan "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste isə həmin rəsmi şəxsin yazdığına belə münasibət bildirib.

“Bu, böyük səhvdir. Bunu etmək lazım deyildi. Bu pis tvitdir. Əgər Vinisius məni eşidirsə, onu əmin edirəm ki, bu bir daha təkrarlanmayacaq”, - deyə Yuste qeyd edib.

Qeyd edək ki ki, Kamps sosial şəbəkələrdə "Vinisiusun "təlxək" olduğu üçün başına sillə vurulmasını istəmişdi. O, daha sonra yazını sosial şəbəkədən silmişdi. Amma buna baxmayaraq Kamps böyük təzyiqlərə məruz qalmışdı.