Vyana turnirini Zverev qazandı
Avstriyada ATP seriyalı tennis turniri yekunlaşıb.
Sportline.az xəbər verir ki, Vyanada ümumi mükafat fondu 1 milyon 837 min dollar olan yarışın finalında almaniyalı Aleksandr Zverev də amerika təmsilçisini məğlub edib.
Frensis Tiafu bir setdə belə fərqlənə bilməyib. Hər iki set almaniyalı raketka ustasının qələbəsi ilə yekunlaşıb: 7:5 və 6:4.
Beləliklə mövsümdə 5-ci titulunu əldə edən Aleksandr Zverev bu nominasiyada lider olan norveçli Kasper Ruuda çatıb. Almaniyalı tennisçi karyerasında ümumilikdə 18-ci titulunu əldə edib.