Xabi Alonso: "Bu, çox vacib oyundur"
ABŞ-də keçirlən Klublararası Dünya çempionatında 1/8 final oyunları davam edir.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri bu gün olacaq.
"Real"la "Yuventus"un dueli böyük maraqla gözlənilir.
Madrid klubunun baş məşqçisi Xabi Alonso qarşılaşma ilə bağlı klubun rəsmi səhifəsinə fikrilərini bölüşüb: "Bu, çox vacib görüşdür. "Yuventus" intensiv oyunu ilə seçilir. Həm fərdi, həm də komanda şəklində keyfiyyət hiss olunur. Bu gün güclü rəqiblə qarşılaşacağıq. Komandam çətin oyuna hazırdır".
Qeyd edək ki, "Real" - "Yuventus" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.