Xavi Hernandez komandada qalır
"Barselona"nın keçmiş futbolçusu və hazırki baş məşqçisi Xavi Hernandez klubdan ayrılmayacağını deyib.
Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərə açıqlamasında yayılan bütün məlmatları yalanlayıb. Xavi Hernandez "Barselona"da xoşbəxt olduğunu və kulub rəhbərliyi ilə heç bir problemlərinin olmadığını deyib.
Qeyd edək ki, Xavi Hernandez azarkeşlərə səslənərək: "Birlik olmaq vaxtıdır, komandanı dağıtmaq yox",-deyib.