Xavi Hernandez komandadan ayrıla bilər
"Barselona"nın keçmiş futbolçusu və hazırki baş məşqçisi Xavi Hernandez komandadan ayrıla bilər.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 43 yaşlı çalışdırıcı "Antverpen"lə görüşdə məğlub olduqdan sonra "Barselona" rəhbərliyinin inamını sarsıdıb.
Azarkeşlər Xavi Hernandezə dəstək mesajları yazsalar da rəhbərlik baş məşqçi ilə yolları ayrımaq qərarındadır.
Qeyd edək ki, Xavi Hernandez son 9 oyunun 4-də məğlubiyyətlə üzləşib.