Xavi "Real"ın qələbəsini ədalətsiz hesab edir
"Barselona"nın çalıdşırıcısı Xavi "El-Klasiko"nu şərh edib.
Sportline.az xəbər verir ki, bu barədə o, "Marca"ya danışıb.
“Düşünürəm ki, 60 dəqiqə ərzində üstünlük təşkil etdik. Bizdə səmərəlilik yox idi. Qavinin müdafiədəki rolu top qazanmaq idi. Heç bir problemimiz yoxdur. Düşünürəm ki, komanda yaxşı oyun göstərdi. Ayıbdır, çünki düşündüyümüz hər şey həyata keçdi. Biz daha yaxşısına layiq idik. Madridin qələbəsi ədalətsizdir. Bellinqhem əla oyunçudur. O, fərq yaratdı”, - deyə “Marca” Javidən sitat gətirib.