Xavi Simons İngiltərə nəhənginə keçə bilər
"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Leipziq" Xavi Simons üçün 70 milyon avro tələb edir.
21 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Xavi Simons bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 10 qol və 6 asistlə yadda qalıb.